Rusiya Kubokunun final oyunu futbolçular arasında kütləvi davaya görə dayandırılıb - VİDEO

Rusiya Kubokunun final oyunu futbolçular arasında kütləvi davaya görə dayandırılıb - VİDEO Dörd oyunçu meydandan qovulub
Futbol
2 May , 2017 22:04
Rusiya Kubokunun final oyunu futbolçular arasında kütləvi davaya görə dayandırılıb - VİDEO

Bakı. 2 may. REPORT.AZ/ Rusiyanın "Lokomotiv" və "Ural" futbolçuları ölkə Kubokunun final oyununun bitməsinə az qalmış stadionda dava salıblar.

"Report" xəbər verir ki, matçın 93-cü dəqiqəsində "Ural"ın cərimə meydançası yaxınlığında Yekaterinburq komandasının müdafiəçisi Artyom Fidler və "Lokomotiv"in braziliyalı hücumçusu Ari arasında mübahisə yaranıb. Daha sonra digər oyunçular da onlara qoşulub.

Son dəqiqələrdə hakim Ari Farfan və Fernandeş ("Lokomotiv"), həmçinin Fidler və Manuçaryana ("Ural") qırmızı vərəqə göstərib.

"Lokomotiv" 2016/17-ci illər mövsümündə Rusiya Kubokunun sahibi olub.

Son xəbərlər

Orphus sistemi