Yuxarı

Rusiya klubunun sabiq futbolçusu danışıq qabiliyyətini itirib

Rusiya klubunun sabiq futbolçusu danışıq qabiliyyətini itirib

Bakı. 8 may. REPORT.AZ/ Yan amiotrofik skleroz xəstəliyi ilə mübarizə aparan Rusiyanın "Zenit" klubunun sabiq futbolçusu Fernando Riksenin vəziyyəti pisləşib.

"Report" xəbər verir ki, bu barədə onun dostu "Teleqraf"a açıqlamasında bildirib. Dostu Riksenin artıq danışa bilmədiyini açıqlayıb: "Fernando ilə yalnız gözləri vasitəsi ilə ünsiyyət qurmaq olur. Xəstəlik üzündən əlləri və ayaqları tamamilə tükənir. Əsas məsələ odur ki, bu, nə qədər davam edəcək".

Qeyd edək ki, Fernando Riksen bu xəstəliyə 2013-cü ildə yoluxub. Yan amiotrofik skleroz - sağalmaz xəstəlikdir. Nevroloji xəstəlik olub, inkişaf edərək icraetmə funksiyasının pozulmasına, sosial dezadaptasiyaya və sonda ölümə gətirib çıxarır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi