Yuxarı

Rusiya klubu azərbaycanlı futbolçunun keçidindən imtina edib

Rusiya klubu azərbaycanlı futbolçunun keçidindən imtina edib

Rusiyanın "Spartak" klubu azərbaycanlı futbolçu Ayaz Quliyevi ölkənin başqa komandasına məsləhət görüb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Mosvka təmsilçisi "Krılya Sovetov"a 23 yaşlı yarımmüdafiəçi ilə qışda müqavilə imzalamağı tövsiyə edib. Lakin "Spartak"ın bu təklifi rədd edilib.

Qeyd edək ki, daha öncə "Spartak"ın Ayaz Quliyevlə yolları ayırmaq istədiyi yazılıb. O, bu ilin yanvarında "Rostov"dan paytaxt klubuna keçib. Yarımmüdafiəçinin Azərbaycanın əsas millisinə cəlb olunması gündəmdədir. Hazırda Moskvanın digər klubu "Dinamo"da çıxış edən Ramil Şeydayev 2018/2019 mövsümündə "Krılya Sovetov"un formasını geyinib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi