Yuxarı

​Rusiya Futbol İttifaqı baş məşqçi Fabio Kapellonun borcunu ödəyib

İş adamı Əlişir Usmanov bu məqsədlə RFİ-yə güzəştli kredit ayıracaq

Bakı. 7 fevral. REPORT.AZ/ Rusiya Futbol İttifaqı (RFİ) cümə günü Rusiya milli komandasının baş məşqçisi Fabio Kapellonun əmək haqqının ödənilməsi üzrə pul vəsaitlərinin köçürülməsi ilə bağlı lazımi əməliyyatları həyata keçirib.

"Report" İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında bildirilir.

Cümə axşamı iş adamı Əlişir Usmanov italiyalı mütəxəssisə olan borcun tamamilə ödənilməsi üçün RFİ-yə 400 milyon rubl məbləğində güzəştli kredit ayıracağını bəyan edib.

Rəsmi mənbələrdən öz təsdiqini tapmayan məlumata görə, məbləği açıqlanmayan ilk tranş ötən gün Kapellonun hesabına köçürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi