Rusiya Futbol İttifaqı AVRO-2020-nin açılış matçının Sankt-Peterburqda keçirilməsinə dair ərizə verib

Rusiya Futbol İttifaqı AVRO-2020-nin açılış matçının Sankt-Peterburqda keçirilməsinə dair ərizə verib Vitali Mutko arenada bütün lazımi şəraiti yaratmağa hazır olduqlarını söyləyib
Futbol
26 Oktyabr , 2017 14:14
Rusiya Futbol İttifaqı AVRO-2020-nin açılış matçının Sankt-Peterburqda keçirilməsinə dair ərizə verib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Rusiya Futbol İttifaqı 2020-ci il Avropa çempionatının açılış matçının Sankt-Peterburqda keçirilməsinə dair ərizə verib. 

"Report"un məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko açıqlama verib.

V.Mutko arenada bütün lazımi şəraiti yaratmağa hazır olduqlarını söyləyib: "Azarkeşlərimiz buna layiqdirlər. Stadion fantastikdir. Bu arenanı uzun müddət tənqid edirdilər, amma indi dünyada ən yaxşılardandır".

AVRO-2020 ilk dəfə qitənin 13 şəhərində, o cümlədən, Bakıda təşkil olunacaq. Yarımfinal və final oyunları İngiltərənin paytaxtı Londonda olacaq.

Son xəbərlər

Orphus sistemi