Yuxarı

Rusiya antidopinq laboratoriyası fəaliyyətini dayandırıb

Səbəb antidopinq qaydalarındakı çoxsaylı pozuntular olub

Bakı. 10 noyabr. REPORT.AZ/ Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya antidopinq laboratoriyasının fəaliyyətini dayandırıb. "Report"un məlumatına görə, bu barədə WADA-nın yaydığı hesabat əsasında qərar qəbul olunub.

Hesabatda laboratoriyanın lisenziyadan məhrum edilməsi, habelə, direktor Qriqori Rodçenkovun antidopinq qaydalarındakı çoxsaylı pozuntularla əlaqədar qovulması tövsiyə olunub. Xəbəri Rusiya Antidopinq Agentliyi (RUSADA) də təsdiqləyib.

Qeyd edək ki, Rusiya atletləri dopinq qalmaqalı ilə əlaqədar 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından kənarda qalma təhlükəsi ilə üzləşiblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi