​Rumıniyanın sabiq Futbol Federasiyası və Peşəkar Futbol Liqası rəhbərləri şərti azadlıqdan məhrum ediliblər

​Rumıniyanın sabiq Futbol Federasiyası və Peşəkar Futbol Liqası rəhbərləri şərti azadlıqdan məhrum ediliblər Mirça Sandu və Dumitru Dragomir korrupsiya və vəzifə səlahiyyətlərini aşma maddəsilə ittiham olunurlar
Futbol
14 İyun , 2016 02:33
​Rumıniyanın sabiq Futbol Federasiyası və Peşəkar Futbol Liqası rəhbərləri şərti azadlıqdan məhrum ediliblər

Buxarets. 14 iyun. REPORT.AZ/ Rumıniya Futbol Federasiyasının (RFF) sabiq prezidenti Mirça Sandu və Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Dumitru Dragomir korrupsiya və vəzifə səlahiyyətlərini aşma maddəsilə paytaxt Buxarest məhkəməsinin qərarına əsasən, 3 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, işin istintaqını aparan prokurorlar qeyd edirlər ki, 20 iyul 2011-ci ildə RFF İcraiyyə Komitəsində Mirça Sandu və Dumitru Draqomirin təzyiqləri nəticəsində Krayova şəhəri “Universitatea” klubunun heç bir əsas olmadan ölkə çempionatından kənarlaşdırılması ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin qərarına əsasən, hər iki sabiq prezident 80 min lei (17 min avro) cərimələnib, eləcə də 2 il müddətinə bəzi hüquqlardan məhrum olunublar. Bununla yanaşı RFF və PFL 370 min lei ( 82 min avro) cərimələnib. Məhkəmə, həmçinin hər iki şəxsin, RFF və PFL-in “Universitatea” klubunun sabiq sahibi Adrian Mititelə 1 mlyd lei (220 milyon avro) həcmində kompensasiyanın ödənilməsi barədə də qərar çıxarıb.

Qeyd edək ki, 25 iyun 2012-ci ildə Rumıniya Futbol Federasiyası və Peşəkar Futbol Liqası rəhbərlərinin qanunsuz əməlləri Buxarest Apellyasiya məhkəməsi tərəfindən də təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi