​Rumıniya klubu Avropa Liqasında azarkeşsiz çıxış edəcək

​Rumıniya klubu Avropa Liqasında azarkeşsiz çıxış edəcək Cəza Avrokuboklarda qatılmağa haqq qazandığı ilk mövsümdə qüvvəyə minəcək
Futbol
25 Fevral , 2015 20:27
​Rumıniya klubu Avropa Liqasında azarkeşsiz çıxış edəcək

Bakı. 25 fevral. REPORT.AZ/ UEFA Rumıniyanın "Styaua" klubunu cəzalandırıb. 

"Report"un məlumatına görə, buna səbəb Avropa liqasının qrup mərhələsində Ukrayna "Dinamo"suna qarşı keçirilən oyunda azarkeşlərin irqçi pankartlar açması olub.

Nəticədə UEFA-nın cəzası ilə üzləşən klub Avrokuboklarda 2 oyununu azarkeşsiz keçirməli olacaq. Üstəlik, noyabrın 11-də keçirilən qarşılaşmada rumın azarkeşlərin meydana kənar əşyalar atması və lazerdən istifadə etməsi kluba 20 min avroya başa gələcək. 

Avroliqada qrupu 3-cü pillədə tamamlayan "Styaua"nın cəzası Avrokuboklara qatılmağa haqq qazandığı ilk mövsümdə qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi