Yuxarı

"Rudar"ın baş məşqçisi: "Ümumilikdə oyundan razıyam"

Qarabağ - Rudar matçı qolsuz tamamlanıb. Cavab görüşü iyulun 22-də keçiriləcək

Bakı. 15 iyul. REPORT.AZ/ "Futbolçularımı təbrik edirəm. Necə danışmışdıqsa, elə də oynadılar. Sona doğru gücləri çatmadı. Amma ümumilikdə oyundan razıyam". "Report"un məlumatına görə, bunu "Qarabağ"la Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündən sonra Monteneqro "Rudar"ının baş məşqçisi Mirko Mariç deyib.

Mariç bildirib ki, cavab görüşünün də favoriti "Qarabağ" olacaq. O, hazırda istirahəti düşündüklərini və ev oyununa hazırlığa başlayacaqlarını söyləyib.

Təcrübəli mütəxəssisin sözlərinə görə, "Qarabağ" cavab görüşündə bir qol vursa, "Rudar"ın işi çətin olacaq: "Amma biz bir qol vursaq, necə olacaq. Bu, futboldur. Ürəyinizi qoysanız, hər şey yaxşı olacaq".

Qeyd edək ki, "Qarabağ" - "Rudar" matçı qolsuz tamamlanıb. Cavab görüşü iyulun 22-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi