Yuxarı

​Rövnəq Abdullayev FİFA prezidenti ilə görüşüb

Görüş İsveçrənin Sürix şəhərində baş tutub

Bakı. 5 may. REPORT.AZ/ Bu gün İsveçrənin Sürix şəhərində AFFA-nın təşəbbüsü ilə AFFA prezidenti Rövnəq Abdullayev FIFA prezidenti Yozef Blatterlə görüşüb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı AFFA tərəfindən hazırlanan hesabat kitabı FIFA prezidentinə təqdim olunub.

Görüşdə Azərbaycanda futbolun inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb. Görüşdə FIFA-nın baş katibi Jerome Valcke, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi