Bakı. 28 mart. REPORT.AZ/ "Əsas olan qələbə qazanmaq idi və biz buna nail olduq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib.
"Azərbaycan futbolu tarixində ilk dəfə idi ki, yeni baş məşqçi ilk rəsmi oyununda qələbə qazanırdı. Malta zəif rəqib deyildi. Bu komanda digər rəqiblərdən xal qopara bilmişdi. Növbəti görüşlərdə milliyə uğurlar arzu edirəm".