Ronaldunun dublu "Yuventus"a ölkə çempionatında qələbə qazandırıb

Ronaldunun dublu "Yuventus"a ölkə çempionatında qələbə qazandırıb Bakı. 28 oktyabr. REPORT.AZ/ Turinin Yuventus komandası futbol üzrə İtaliya A Seriyasında növbəti qələbəsini qazanıb.
Futbol
28 Oktyabr , 2018 00:59
Ronaldunun dublu Yuventusa ölkə çempionatında qələbə qazandırıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Turinin "Yuventus" komandası futbol üzrə İtaliya A Seriyasında növbəti qələbəsini qazanıb.

“Report” xəbər verir ki, ölkə çempionatının X turunda "Karlo Kastellani" stadionunda "Empoli"nin qonağı olan "Qoca sinyora" 2:1 hesabı ilə qalib gəlib.

Oyunda hesabı meydan sahibləri açıblar. 28-ci dəqiqədə forvard Françesko Kaputo komandasını hesabda irəli çıxardıb. Lakin "Yuventus" Kriştianu Ronaldunun 54-cü dəqiqədə penaltidən, 70-ci dəqiqədə isə uzaqdan vurduğu qollar sayəsində rəqibi məğlub edib.

Turin klubu bu qələbədən sonra xallarının sayını 28-ə çatdırıb və turnir cədvəlinə inamla liderlik edir. Onun yaxın izləyicisi "Napoli" 7 xal geridədir. "Empoli" 6 xal ilə təhlükəli zonada qərarlaşıb.

İtaliya A Seriyası. 10-cu tur

"Empoli" – "Yuventus" - 1:2

Qol: 1:0 – Kaputo – 28, 1:1 – Ronaldu – 54 (pen), 1:2 – Ronaldu – 70

Bundan əvvəl "Barselona"nın baş məşqçisi "El Klasiko"nun Messi və Ronaldusuz maraqsız olmayacağını bildirib.

Son xəbərlər

Orphus sistemi