Ronaldu "Yuventus" rəhbərliyindən üç cangüdən istəyib

Ronaldu "Yuventus" rəhbərliyindən üç cangüdən istəyib 33 yaşlı hücumçu Qran Madredəki villasının təhlükəsizlik baxımından çox kövrək olduğunu bildirib
Futbol
1 Sentyabr , 2018 15:32
Ronaldu Yuventus rəhbərliyindən üç cangüdən istəyib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubunun rəhbərliyindən ona və ailəsinə ən azı 3 cangüdən tutmalarını xahiş edib. 

"Report"un "Corriere di Torino"ya istinadən verdiyi məlumata görə, 33 yaşlı hücumçu Qran Madredəki villasının təhlükəsizlik baxımından çox kövrək olduğunu bildirib. O, vəziyyəti dəyişmək istədiyini dilə gətirib. 

Bununla əlaqədar təcrübəli oyunçu klubdan mühafizəçinin birini özü, digərini ailəsi, üçüncüsünü isə daimi qorunması məqsədilə villası üçün xahiş edib.  

Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"a iyulun 10-da İspaniya "Real Madrid"indən keçib. O, İtaliya çempionatının ilk iki turunun oyunlarında iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi