Ronaldu yaxın günlərdə "Real"da qalıb-qalmayacağına qərar verəcək

Ronaldu yaxın günlərdə "Real"da qalıb-qalmayacağına qərar verəcək "Real"da daha bir mövsüm keçirəcəyəmmi? Buna zəmanət verə bilmərəm"
Futbol
27 May , 2018 23:58
Ronaldu yaxın günlərdə Realda qalıb-qalmayacağına qərar verəcək

Bakı. 27 may. REPORT.AZ/ "Real"ın (İspaniya) portuqaliyalı hücumçusu Kriştianu Ronaldu futbol üzrə Çempionlar Liqasının finalında "Liverpul" (İngiltərə) üzərində qələbədən sonra (3:1) Madrid klubunu tezliklə tərk edə biləcəyi ilə bağlı dediklərinə aydınlıq gətirib

“Report” xəbər verir ki, o, bununla bağlı fikrini yaxın günlərdə açıqlayacağını deyib.

"Gələcək barədə sonra danışacağıq. "Real"da oynamaqdan çox məmnun oldum, cavabı isə önümüzdəki günlərdə verəcəyəm.

"Real"da daha bir mövsüm keçirəcəyəmmi? Buna zəmanət verə bilmərəm. Gizlətməyəcəyəm, önümüzdəki günlərdə öz fikrimi bildirəcəyəm. Həyat yalnız şöhrətdən ibarət deyil", - deyə Ronaldu əlavə edib.

Son xəbərlər

Orphus sistemi