Yuxarı

Ronaldu "Real Madrid"də şəxsi rekordunu yeniləyib

Ronaldu "Real Madrid"də şəxsi rekordunu yeniləyib
Portuqaliyalı hücumçu 2 aya 12 qol vurub

Bakı. 3 mart. REPORT.AZ/ Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu "Real Madrid"in heyətində ən yaxşı göstəriciyə imza atıb.

"Report"un məlumatına görə, 33 yaşlı hücumçu ilin ilk 2 ayı ərzində bütün turnirlərdə 9 oyuna 12 qol vurub. Onun orta məhsuldarlığı hər matça 1,33 qol olub. Ronaldu "Selta" (2:2), "Vilyarreal" (0:1) və "Levante" (2:2) ilə görüşlərdə fərqlənə bilməyib. Qalan 6 qarşılaşmada təcrübəli forvard 4 "dubl", 1 "het-trik" və tək qol vurub. 

Qeyd edək ki, Kriştianu Ronaldu "Real Madrid"də 2009-cu ildən çıxış edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi