Ronaldu ikinci dəfə oyunun ən yaxşı futbolçusu seçilib

Ronaldu ikinci dəfə oyunun ən yaxşı futbolçusu seçilib 33 yaşlı forvard İspaniya ilə matçda da oyunun ən yaxşı futbolçusu seçilmişdi
Futbol
20 İyun , 2018 19:00
Ronaldu ikinci dəfə oyunun ən yaxşı futbolçusu seçilib

Bakı. 20 iyun. REPORT.AZ/ Rusiyada keçirilən futbol üzrə dünya çempionatında B qrupunda baş tutan Portuqaliya - Mərakeş oyununun ən yaxşı oyunçusu müəyyənləşib. 

"Report"un FİFA-nın saytına istinadən verdiyi məlumata görə, Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu mundialda ikinci dəfə oyunun ən yaxşı futbolçusu adına layiq görülüb. 

33 yaşlı forvard sözügedən matçda vurulan yeganə qolun müəllifi olub. 

Qeyd edək ki, Ronaldu İspaniya ilə matçda (3:3) da oyunun ən yaxşı futbolçusu seçilmişdi.

Son xəbərlər

Orphus sistemi