Ronaldu İtaliya çempionatının ən yaxşı oyunçusu seçilib

Ronaldu İtaliya çempionatının ən yaxşı oyunçusu seçilib Yuventus futbol komandasının hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının başa çatmış mövsümünün ən yaxşı oyunçusu seçilib.
Futbol
3 Dekabr , 2019 04:01
Ronaldu İtaliya çempionatının ən yaxşı oyunçusu seçilib

"Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının başa çatmış mövsümünün "ən yaxşı oyunçu"su seçilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, "Galà del Calcio-2019 Gran" mükafatlarının verilməsi mərasimində ən yüksək mükafat portuqaliyalı futbolçuya təqdim edilib.

Ronaldu ötən mövsümün 31 matçında iştirak edib. O, bu oyunlarda 21 qol vurub, 8 məhsuldar ötürmə edib. 

"Yuventus"un hücumçusu dünən keçirilmiş "Qızıl top"un təqdimatı mərasimində də iştirak etməyib. Portuqaliyalı hücumçu mərasimdə üçüncü yeri tutub.

İtaliya mövsümünün ən yaxşı komandası turnir cədvəlində üçüncü yer tutmuş "Atalanta" seçilib. Komandanın baş məşqçisi "ən yaxşı məşqçi" mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi