Ronaldu futbol tarixində yeni rekorda imza atıb

Futbol
  • 20 oktyabr, 2018
  • 19:42
Ronaldu futbol tarixində yeni rekorda imza atıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus"futbol komandasının portuqaliyalı hücumçusu Kriştian Ronaldu futbol tarixindəyeni rekorda imza atıb.

"Report" xəbər verir ki, futbolçu bu ilkəAvropanın güclülərdən ibarət 5 çempionatında 400 qol vurmaqla nail olub.

O, A seriyasının 9-cu turunda"Yuventus" - "Genuya" matçında fərqlənib. Qeyd edək ki,qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matç həm də "Yuventus"un mövsümdə xal itirdiyi ilk oyundur.

Bu, portuqaliyalı futbolçunun Turin klubunda 5-ci qoludur.Buna qədər o, Madridin "Real" klubunda 311 dəfə fərqlənib. Ronaldu həmçininİngiltərə premyer liqasında "Mançester Yunayted"in tərkibində də 84qol vurub. Ronaldunun adı "Qızıl top"a namizəd olan futbolçuların siyahısındadır

Yeri gəlmişkən qeyd edək ki, İspaniya "Barselona"sının argentinalı hücumçusuLionel Messinin isə aktivində 389 qol var.

Son xəbərlər

Bütün Xəbər Lenti