Ronaldu Çempionlar Liqasında qələbə oyunlarının sayına görə Kasilyasın rekordunu yeniləyib

Ronaldu Çempionlar Liqasında qələbə oyunlarının sayına görə Kasilyasın rekordunu yeniləyib "Qaymaqlar"ın hücumçusu üçün "Bavariya" üzərində qələbə 96-cı olub
Futbol
26 Aprel , 2018 04:14
Ronaldu Çempionlar Liqasında qələbə oyunlarının sayına görə Kasilyasın rekordunu yeniləyib

Bakı. 26 aprel. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubu ilk yarımfinal matçında Madrid "Real"ını qəbul edib.

“Report” xəbər verir ki, Münhenin "Alyans-Arena" stadionunda keçirilən görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

"Qaymaqlar"ın hücumçusu Kriştianu Ronaldu üçün bu oyun Çempionlar Liqasında sayca 96-cı qələbə oyunu olub. Beləliklə, portuqaliyalı futbolçu "Real"ın sabiq qapıçısı İker Kasilyasın (Hazırda "Portu" klubunda çıxış edir və o, 95 oyunda qələbə qazanıb) turnirdə qələbələrin sayına görə əldə etdiyi rekordunu yeniləyib. Hazırda Ronaldunun Çempionlar Liqası oyunları hesabında 154 matç, Kasilyasda isə 171 matç var.

Son xəbərlər

Orphus sistemi