Ronaldo İspaniyanın "Valyadolid" klubunu ala bilər

Ronaldo İspaniyanın "Valyadolid" klubunu ala bilər Sövdələşmənin potensial məbləği 30 milyon avrodur
Futbol
31 May , 2018 02:25
Ronaldo İspaniyanın Valyadolid klubunu ala bilər

Bakı. 31 may. REPORT.AZ/ Futbol üzrə Braziliya yığmasının sabiq hücumçusu Ronaldo İspaniyanın "Valyadolid" klubunun sahibi ola bilər.

“Report” xəbər verir ki, 41 yaşlı braziliyalı klubu almaq üçün danışıqlar aparır.

Sövdələşmənin potensial məbləği 30 milyon avrodur.

Bildirilir ki, Ronaldo bundan əvvəl "Xetafe" və "Tenerife" klublarını almaq üçün uğursuz danışıqlar aparıb.

"Valyadolid" 2014-cü ildə İspaniya çempionatının ikinci divizionuna düşüb və həmin vaxtdan orada çıxış edir.

Son xəbərlər

Orphus sistemi