Yuxarı

Roman Qriqorçuk: "Qələbə qazandığımıza görə şadam"

Roman Qriqorçuk: "Qələbə qazandığımıza görə şadam"
Qəbələnin baş məşqçisi: Oyundan razı qaldım

Bakı. 17 sentyabr. REPORT.AZ/ "Qələbə qazandığımıza görə şadam. Oyundan razı qaldım. Uşaqların hamısına "afərin” deyirəm".

"Report" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk səfərdə "Səbail"i 3:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra deyib. Ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

- Hakimin ofsayd qərarına kəskin etiraz etdiniz…

- Biz oturduğumuz yerdən Endi Hallideyin oyundankənar vəziyyətdə olmadığı açıq görünürdü.

- Cavid Hüseynovun zədəsi nə yerdədir?

- Ciddi bir şey yoxdur. Sadəcə, bir qədər ağrıları olduğundan, risk etmək istəmədik.

- "Sumqayıt”la oyundan sonra hakimlərdən narazılıq etmişdiniz. Bir müddət öncə isə "Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov da AFFA-nı tənqid etdi. Düşünmürsünüzmü ki, hakimlərin sizin əleyhinizə qərar verməsi bununla bağlıdır?

- Mən burda olduğum müddətdə həmişə danışmışam, indi də danışacağam. Heç nədən qorxmuram. Demirəm ki, yalnız bizim əleyhimizə qərarlar verirlər. Lakin düzgün qərar olmayanda bu barədə danışmalıyıq.

- İlk 10-15 dəqiqədə Daboya qarşı çox əsəbi görünürdünüz. İndi düşünmürsünüzmü ki, ona qarşı haqsızlıq etmisiniz?

- İlk dəqiqədən soyuqqanlı idim. Hansısa futbolçunun oyunundan narazılıq etmişəmsə, deməli, həmin anda buna layiq idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi