Yuxarı

Roman Qriqorçuk: "Növbəti mərhələyə adlamaq potensialımız var"

Komandanı yenə gücləndirmək istəsək də, alınmadı

Bakı. 19 avqust. REPORT.AZ/ "Düşünürəm ki, növbəti mərhələyə adlamaq potensialımız var. Güclü oyunçularımız var. Amma komandanı yenə gücləndirmək istəsək də, alınmadı. Bildiyimiz kimi, Cavid və Ürfan yoxdur. Ancaq komandaya inanın". "Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

O bildirib ki, Cavid Hüseynovun komandadan gedişi itkidir. Buna baxmayaraq komandada digər oyunçular da var. R.Qriqorçuk futbolçuların psixoloji baxımdan hazır olduğunu qeyd edib: "Oyunun ilk olaraq evdə oynamağımızın mənfi və ya müsbət cəhəti yoxdur. "Panatinaikos" səviyyəli komandadır və səviyyəli oyunçuları var. Oyundan öncə kimin favorit olduğunu demək olmaz".

Baş məşqçi əhvalın yaxşı olduğunu və diqqətin oyuna yönəldiyini söyləyib. Ukraynalı mütəxəssis bu oyunda cəza səbəbindən meydana çıxmayacaq Ürfan Abbaszadəni Rikardo, Arif və Məhəmməd Mirzəbəyovla əvəzləyəcəyini söyləyib".

Kipr "Apollon"u üzərində qalibiyyətdən sonra papaqla mətbuat konfransına gələn Qriqorçuk yeni qələbə sevincini Çempionlar Liqasına qədər təxirə salmağın lazımlığını deyib: "Düşünürəm ki, hər iki komanda kombinasiyalı futbol oynasın. Əlbəttə, meydança yaxşı vəziyyətdə olsa, bu, daha yaxşı olardı. Amma bu, indiki vəziyyətdə hər iki komanda üçün qeyri-mümkündür. İstənilən halda "Qəbələ"nin gələcəyi parlaq, işıqlı olacaq. Bizim komanda inkişafa doğru gedir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi