"Roma" paytaxt derbisində "Latsio"nu məğlub edib

"Roma" paytaxt derbisində "Latsio"nu məğlub edib Bakı. 29 sentyabr. REPORT.AZ/ Roma klubu futbol üzrə İtaliya A Seriyasının VII turuna təsadüf edən paytaxt derbisində Latsionu məğlub edib.
Futbol
29 Sentyabr , 2018 19:39
Roma paytaxt derbisində Latsionu məğlub edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ "Roma" klubu futbol üzrə İtaliya A Seriyasının VII turuna təsadüf edən paytaxt derbisində "Latsio"nu məğlub edib.

"Report"un məlumatına görə, "Olimpiko" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.

İlk qolu 45-ci dəqiqədə nominal meydan sahiblərindən Lorentso Pelleqrini vurub. 67-ci dəqiqədə Çiro İmmobile hesabı bərabərləşdirsə də, 71-ci dəqiqədə Aleksandar Kolarov, 86-cı dəqiqədə isə Federiko Fasio "Roma"nın növbəti qollarına imza atıb.

Bu qələbə sayəsində xallarını 11-ə çatdıran "Roma" 5-ci pilləyə yüksəlib. 12 xala malik "Latsio" isə 4-cüdür.

Son xəbərlər

Orphus sistemi