“Roma”nın idman direktoru: “Qarabağ” “Atletiko” ilə matçda böyük nailiyyət qazandı”

“Roma”nın idman direktoru: “Qarabağ” “Atletiko” ilə matçda böyük nailiyyət qazandı” Ramon Monçi: “Atletiko”nun “Qarabağ”la heç-heçə etməsi məni çox təəcübləndirdi”
Futbol
21 Oktyabr , 2017 11:27
“Roma”nın idman direktoru: “Qarabağ” “Atletiko” ilə matçda böyük nailiyyət qazandı”

Bakı. 21 oktyabr. REPORT.AZ/ "“Qarabağ” “Atletiko” ilə matçda böyük nailiyyət qazandı”.

“Report” xəbər verir ki, bunu İtaliyanın “Roma” klubunun idman direktoru Ramon Monçi “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin III turunda öz meydanında İspaniya “Atletiko”su ilə qolsuz heş-heçəsini şərh edərkən deyib.

“Football Italia”ya danışan R.Monçi bildirib ki, “Roma” II turda səfərdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etməklə böyük uğur əldə edib. O hesab edir ki, İtaliya təmsilçisi evdə “Çelsi”ni məğlub edə bilməsə, “Atletiko” ilə səfər matçı onlar üçün həlledici olacaq: "“Atletiko”nun “Qarabağ”la heç-heçə etməsi məni çox təəcübləndirdi. Bilirdim ki, 3 min kilometrlik səfərdən sonra əldə edilən qələbə böyük nailiyyətdir”.

Qeyd edək ki, üç turdan sonra “Çelsi” 7 xalla C qrupunun lideridir. “Roma” 5 xalla 2-ci, “Atletiko” isə 2 xalla 3-cü sıradadır. Hesabında 1 xalı olan “Qarabağ” isə son pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi