"Roma"nın futbolçusu: "Növbəti mərhələyə vəsiqəni "Qarabağ"la oyunadək təmin etməliyik"

"Roma"nın futbolçusu: "Növbəti mərhələyə vəsiqəni "Qarabağ"la oyunadək təmin etməliyik" Raca Nainqqolan: "Qrup mərhələsini lider kimi başa vurmaq niyyətindəyik"
Futbol
21 Noyabr , 2017 09:46
Romanın futbolçusu: Növbəti mərhələyə vəsiqəni Qarabağla oyunadək təmin etməliyik
GETTY

Bakı. 21 noyabr. REPORT.AZ/ "İndi bizim üçün ən əsası Madriddə "Atletiko" ilə keçirəcəyimiz oyundur".

"Report"un məlumatına görə, bunu İtaliyanın "Roma" klubunun futbolçusu Raca Nainqqolan İspaniya "Atletiko"su ilə keçirəcəkləri Çempionlar Liqasının V tur matçından əvvəl Hollandiyanın "Sporza" nəşrinə açıqlamasında deyib. 29 yaşlı yarımmüdafiəçi sabahkı görüşdə qələbə qazanaraq, 1/8 finala vaxtından əvvəl yüksəlmək istədiklərini bildirib: "Əlbəttə, Çempionlar Liqasında yolumuza davam etmək üçün son turda "Qarabağ"ı yenmək də kifayətdir. Lakin biz istəyimizi mümkün qədər tez həyata keçirmək və qrup mərhələsini lider kimi başa vurmaq niyyətindəyik".

Qeyd edək ki, noyabrın 22-də Madriddəki "Metropolitano" stadionunda keçiriləcək "Atletiko" - "Roma" matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Turun digər oyunu Bakıda "Qarabağ"la İngiltərənin "Çelsi" klubu arasında keçiriləcək. Çempionlar Liqasının C qrupunda 4 turdan sonra "Roma" 8 xalla birinci, "Çelsi" 7 xalla ikinci, "Atletiko" 3 xalla üçüncü, "Qarabağ" isə 2 xalla dördüncü pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi