"Roma"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılacaq

"Roma"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılacaq Klaudio Ranyeri mövsümün sonunda İtaliyanın Roma komandasının baş məşqçi postunu tərk edəcək.
Futbol
10 May , 2019 13:42
Romanın baş məşqçisi mövsümün sonunda komandadan ayrılacaq

Klaudio Ranyeri mövsümün sonunda İtaliyanın "Roma" komandasının baş məşqçi postunu tərk edəcək.

“Report”un klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə 67 yaşlı mütəxəsis keçirdiyi mətbuat konfransında bildirib.

O, "Roma"dakı işinin mövsümün sonunda başa çatacağını qeyd edib: "Bura klub məni dəvət etdiyi üçün gəldim. İki ay ərzində burada işləmək çox həyəcanlı idi. Mövsümün sonunda klubdakı işim başa çatacaq". 

"Roma" İtaliya çempionatında 35 turdan sonra 59 xalla 6-cı pillədə qərarlaşıb. 

Qeyd edək ki, Klaudio Ranyeri 2019-cu ilin martında kluba Eusebio di Françeskonun əvəzinə baş məşqçi təyin olunub. O, daha əvvəl 2009 - 2011-ci illərdə də "Roma"ya rəhbərlik edib.

Manaf Qasımbəyli

Son xəbərlər

Orphus sistemi