"Roma" komandası "Qarabağ"la oyun üçün Bakıya gəlib - FOTO

"Roma" komandası "Qarabağ"la oyun üçün Bakıya gəlib - FOTO İtaliya komandasını bir qrup azarkeş qarşılayıb
Futbol
26 Sentyabr , 2017 15:12
Roma komandası Qarabağla oyun üçün Bakıya gəlib - FOTO
Report/ Firi Salim

Bakı. 26 sentyabr. REPORT.AZ/ Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Qarabağ" klubu ilə qarşılaşacaq İtaliyanın "Roma" komandası Bakıya gəlib. "Report"un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında "sarı-qırmızılar"ı bir qrup azarkeş qarşılayıb.

Futbolçular heç bir açıqlama vermədən onları gözləyən avtobusa yönəliblər.

Qeyd edək ki, bu axşam "Roma"nın Bakı Olimpiya Stadionunda məşqi və baş məşqçi Eusebio Di Françeskonun mətbuat konfransı keçiriləcək. Sentyabrın 27-də elə həmin arenada təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi