Roberto Bordin: "Komandam yaxşı oyun sərgilədi"

Roberto Bordin: "Komandam yaxşı oyun sərgilədi" Çox emosional oyun keçdi. Komandam yaxşı oyun sərgilədi. 2:0 hesabı ilə öndə olduğumuz vaxt açıq oyun getdi. Bu zaman qapımıza qollar vuruldu. Amma komandam xarakter göstərdi. Daha çox qol vura bilərdik.
Futbol
6 Aprel , 2019 20:44
Roberto Bordin: Komandam yaxşı oyun sərgilədi
“Neftçi”nin baş məşqçisi Roberto Bordin / Report/ Elchin Murad

"Çox emosional oyun keçdi. Komandam yaxşı oyun sərgilədi. 2:0 hesabı ilə öndə olduğumuz vaxt açıq oyun getdi. Bu zaman qapımıza qollar vuruldu. Amma komandam xarakter göstərdi. Daha çox qol vura bilərdik".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin evdə "Zirə"4:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis komandasının ilk qolundan sonra tribunadakı azarkeşlərdən biri ilə insidentini belə şərh edib: "Hamı bizdən qələbə gözləyir. Qol gecikdiyi üçün emosionallıq oldu. Azarkeş mənə jest göstərmişdi. Buna görə belə alındı və bu da normal haldır".

54 yaşlı baş məşqçi Mirabdulla Abbasovla Ömər Buludovun zədələrindən də danışıb: "Mirabdulla çox yorulmuşdu, ona görə bərpa oluna bilmədi. Ömərdə ciddi zədənin olduğunu düşünmürəm".

Bordin son dəqiqələrdə iki komanda futbolçuları arasında baş vermiş insidentə də münasibət bildirib: "Əlbəttə, oyunun sonlarında baş verənlər futbolun bir hissəsidir. Bunu normal qarşılayıram. Oyunçular arasındakı münaqişəni gördükdən sonra Samir Abasovla birgə aranı sakitləşdirməyə çalışdıq. Buna bənzər insident mənimlə Abasov arasında da olub. Amma artıq o, unudulub gedib. Bu gün isə birgə münaqişəni soyutduq".

Son xəbərlər

Orphus sistemi