Yuxarı

Robert Prosineçki uroloji əməliyyat keçirib

Azərbaycan yığmasının baş məşqçisi reanimasiyadadır

Bakı. 24 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki əməliyyat olunub. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun "Report"a verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis uroloji əməliyyat keçirib.

Tibbi müdaxilə R.Prosineçkinin öz istəyilə Bakıdakı "Modern Hospital"da baş tutub. Federasiya rəsmisi bildirib ki, əməliyyat yenicə başa çatdığından, baş məşqçi hazırda reanimasiyadadır.

Qeyd edək ki, Robert Prosineçkinin səhhətində bir müddətdir problem yaranmışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi