​Robert Prosineçki: "Heç bir komanda Bakıya rahat və arxayın gəlməsin"

​Robert Prosineçki: "Heç bir komanda Bakıya rahat və arxayın gəlməsin" "İtaliyalılar qol vuranda elə sevinirdilər ki, sanki AVRO-2016-nın finalında fərqlənirdilər"
Futbol
17 Noyabr , 2015 12:51
​Robert Prosineçki: Heç bir komanda Bakıya rahat və arxayın gəlməsin

Bakı. 17 noyabr. REPORT.AZ/ "Çətin qrupa düşmüşük. Almaniya və Çexiya kimi güclü rəqiblərimiz var. Norveç və Şimali İrlandiya ilə yenidən üz-üzə gələcəyik". "Report"un məlumatına görə, bunu Xorvatiya mətbuatına açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə qrup mərhələsindəki rəqibləri dəyərləndirərkən deyib.

Xorvatiyalı mütəxəssis hədəflərini də açıqlayıb: "Missiya və hədəfim ondan ibarətdir ki, heç bir komanda Bakıya azad və rahat şəkildə gəlməsin. Qalib gələ bilərlər, amma qoy, vurduqları qolu İtaliya ilə Bakıdakı oyunda olduğu kimi qeyd etsinlər. İtaliyalılar qol vuranda elə sevinirdilər ki, elə bil ki, AVRO-2016-nın finalında fərqlənirdilər".

Qeyd edək ki, Azərbaycan DÇ-2018-in seçmə qrup mərhələsində Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marino ilə birgə mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi