Yuxarı
    Bağlamaq

    ​Robert Prosineçki: "Azərbaycanlı futbolçularda keyfiyyət var"

    Millinin baş məşqçisi Şaxtyorla keçirilən oyuna münasibət bildirib

    Bakı. 25 fevral. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki "Şaxtyor"la oyun (1:2) haqda fikirlərini bildirib.

    "Report" xəbər verir ki, baş məşqçi oyundan razı qaldığını deyib:

    "Rəqibimiz Avropada ən güclü komandalardan biri idi. İlk yarıda çox yaxşı oynadıq. Görmək istədiklərimi oyunda canlı olaraq, gördüm. Bu matç sınaq xarakterli idi. Oyunçuların nəyə qadir olduqlarını müəyyənləşdirmək mənasında, çox əhəmiyyətli oldu. Cəmi 3 gün birgə olmuşuq, vaxt azdır. Komandanın daha yaxşı olması üçün bir çox şeylərin üzərində işləməliyik. Demişəm ki, azərbaycanlı futbolçularda keyfiyyət var. Özləri də buna inanmalıdırlar. Mənə elə gəlir ki, birinci hissədə bunu sübut etdik".

    Baş məşqçi millinin formasını ilk dəfə geyinən futbolçulardan da söz açıb:

    "Nəzərə almalıyıq ki, futbolçuların bir neçəsi ilk dəfə oynayırdı. Yeni oyunçulardan razı qalmışam. Anton Krivotçuk gələcək üçün çalışır. Bu oyunçu öz üzərində işləməlidi, onu çox iş gözləyir. Bir neçə ildən sonra sol cinah müdafiəçisi mövqeyində bizdə problem olmayacaq. Həm gənclərdən, həm də ümumi komandadan razıyam".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi