Reynaldonun Türkiyə Super Liqasında debüt etdiyi oyunda "Adanaspor" qalib gəlib

Reynaldonun Türkiyə Super Liqasında debüt etdiyi oyunda "Adanaspor" qalib gəlib "Qarabağ"ın sabiq futbolçusu debüt matçında qələbəyə sevinib
Futbol
30 Yanvar , 2017 22:56
Reynaldonun Türkiyə Super Liqasında debüt etdiyi oyunda Adanaspor qalib gəlib

Bakı. 30 yanvar. REPORT.AZ/ "Qarabağ"ın sabiq futbolçusu Reynaldonun yenicə transfer olunduğu "Adanaspor" klubu Türkiyə Super Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, XIX tur matçında rəqib "Kasımpaşa" olub.

Baş məşqçi Levent Şahin ev qarşılaşmasında braziliyalı oyunçunu start heyətə daxil etməyib. Lakin ehtiyatda olan 99 nömrəli Reynaldo 63-cü dəqiqədə meydana daxil olub. Həmin vaxt hesab 2:0 "Adanaspor"un xeyrinə olub. İlk qolu 4-cü dəqiqədə Roni, 62-ci dəqiqədə isə Diqao vurub. Bu nəticə sonadək dəyişməyib.

Beləliklə, Reynaldo debüt matçında qələbəyə sevinib. "Adanaspor" xallarını 17-yə yüksəldərək, 16-cı pilləyə qalxacaq. "Kasımpaşa" isə hazırda 21 xalla 12-ci pillədədir.

Qeyd edək ki, 2013-cü ildən "Qarabağ"ın uğurları üçün çalışan Reynaldo bir neçə gün əvvəl "Adanaspor"la 2,5 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi