​"Rəvan" klubu futbolçularının borclarını hissə-hissə ödəyəcək

​"Rəvan" klubu futbolçularının borclarını hissə-hissə ödəyəcək İlqar Axundov: "İki ayın borcunu bir dəfəyə ödəmək mümkün deyil"
Futbol
14 Yanvar , 2016 10:56
​Rəvan klubu futbolçularının borclarını hissə-hissə ödəyəcək

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakının "Rəvan" klubunun futbolçulara olan əmək haqqı borcları hissə-hissə ödəniləcək. Bu barədə "Report"a klubun vitse-prezidenti İlqar Axundov məlumat verib.

Onun sözlərinə görə, maddi çətinlik olduğundan, noyabr və dekabr ayından qalan borcları bir dəfəyə ödəmək mümkün deyil.

Vitse-prezident komandanın ölkə daxilində təlim-məşq toplanışı keçən klubların qatıldığı "CBC Sport Kuboku"ndan imtinasının maliyyə ilə əlaqədar olmadığını söyləyib: "Turnirə qatılmamağımız heyətlə bağlıdır. Əsas heyətin bəzi üzvləri məşqlərə qatılmır və biz də əvəzedicilərdən futbolçular cəlb etmişik. Dünənki məşqimizdə cəmi 15 nəfər olub. Yəni, komanda bir-birinə uyğunlaşmayıb. Bu səbəbdən, turnirə qatılmağı doğru hesab etmədik".

İ.Axundov baş məşqçi Bəhmən Həsənovun istefa vermək istəyinə də münasibət bildirib: "Bəhmən müəllim məşqlərdə olur. Düzdür, çətinliklər var. Düşünürəm ki, o, istefa verməyəcək. Ən azından istefa vermək istəsəydi, bizlə deyərdi".

Son xəbərlər

Orphus sistemi