Yuxarı

​Rəşad Sadiqov: "Uduzsalar, kapitan köməyə gələcək" - MÜSAHİBƏ

Kim daha aqressiv, yaxşı futbol oynayasa, o da qalib gələcək

Bakı. 14 avqust. REPORT.AZ/ Bu gün "Qəbələ" klubunun yeni forma satış mağazası fəaliyyətə başlayıb. Açılışda iştirak edən komandanın kapitanı Rəşad Sadiqov "Report"un əməkdaşının suallarını cavablandırıb.

- İlk olaraq tədbirlə bağlı təəssüratlarınızı bildirərdiniz...

- Mənim üçün xoşdur, yaxşı tədbir oldu. Hər bir kluba arzu edərdim ki, onların formaları satışa çıxarılsın. Çox sevindirici haldır. Tədbirdə iştirak etdiyim üçün şadam.

- Tədbir zamanı azarkeşlərlə futbolçular "Play Station" da oynayırdı. Siz necə, sınadınız?

- Hələ yox. Komanda yoldaşlarım oynayırlar. Uduzsalar, kapitan köməyə gələcək. Real həyatdakı Sadiqov "Play Station"dakından daha güclüdür.

- Qarşıda "Maribor"la çox vacib oyun var. Bu oyunda iştirak etməyəcəksiniz?

- Açığı oynamaq, kapitan kimi komandaya kömək etmək istəyirdim. Məşqçilər də, futbolçular da mənim oyunda olmağımı istəyirdilər. Ancaq müayinədən sonra məlum oldu ki, ilk oyunda meydana çıxamayacam. Ancaq yaxşı tərəfi zədənin uzun müddətli deyil, 1-2 oyunluq olmasıdır. Əlimdən gələni edəcəm ki, Sloveniyada keçiriləcək cavab oyununda meydana çıxım.

- Səni 4 il əvvələ qaytarmaq istəyirik. 2012-ci ildə "Neftçi"nin heyətində çıxış edəndə yenə də eyni turnirin "pley off" mərhələsi idi. Bakıda APOEL-lə 1:1 hesabı qeydə alındı, amma səfərdə 3:1 hesablı qələbə ilə qrupa yüksəldiniz. 4 il keçməsinə baxmayaraq analoji vəziyyətdir... İlk oyun evdə, amma hər şey səfərdə həll olunacaq...

- Çalıacağıq ki, qələbə qazanaq. Qolu komandadan kimin vurmağının fərqi yoxdur. Əsas odur ki, qələbə qazanaq və mərhələ keçək. Qrupa düşməyi çox istəyirik. Bu il daha iddialıyıq. Daha yaxşı başlamışıq. Lazım olsa iynə ilə meydana çıxaram. Ən əsası odur ki, "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə yüksəlsin.

- Mövsümə start verilməmişdən bu mərhələləri keçməyi düşünürdünüz?

- İlk oyundan əvvəl müsahibəmdə bu ilki "Qəbələ"nin əvvəlki illərlə müqayisədə daha güclü, iddialı olduğunu demişdim. Yenə də sözümün üstündə dayanıram. Ancaq rəqibdən də çox şey asılıdır. Elə rəqib düşə bilər ki, şansımız çox az və ya daha çoxla bilər.

- "Maribor"un oyununu izləmisiniz?

- Açığı hələ yox. çünki Premyer Liqanın oyunları vardı. Baş məşqçimiz analizləri rəqibə görə aparır. Qarşıda "Maribor" olduğu üçün artıq onlr aaiz olunacaq. Hələ məlumatım yoxdur, amma bilirəm ki, rəqib heç də zəif deyil, avrokuboklarda çıxış edib, Slovenya çempionu olub. Biz də zəif komanda deyilik. Kim daha aqressiv, yaxşı futbol oynayacaqsa, o da qalib gələcək. Düşünürəm ki, şanslar bərabərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi