Yuxarı

​Rəşad Sadıqov: "Təəssüf ki, belə oyunda xal itirdik"

İkinci hissədə buraxılan 2 qol komandanın işini çətinləşdirdi

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Malta ilə 2:2 hesablı heç-heçə etdikləri Avro-2016-nın seçmə qrup matçı barədə fikirlərini bildirib.

"Report"un məlumatına görə, təcrübəli müdafiəçi yığmamızın 1:0 hesabı ilə öndə olduğu hissəyədək komandamız üçün hər şeyin yaxşı getdiyini söyləyib.

Onun fikrincə, ikinci hissədə buraxılan 2 qol komandanın işini çətinləşdirib:

"90 dəqiqə boyunca oyuna nəzarət etdik. Geridə olduğumuz vaxt hesabı bərabərləşdirdik. Üçüncü qolu vurmaq istədik, amma alınmadı. Təəssüf ki, belə oyunda xal itirdik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi