Rəşad Sadıqov: "Məqsədimiz odur ki, futbolçularda özünə inam qayıtsın"

Rəşad Sadıqov: "Məqsədimiz odur ki, futbolçularda özünə inam qayıtsın" "Bizi ciddi sınaq gözləyir. Başa düşürük ki, asan oyun olmayacaq"
Futbol
5 Sentyabr , 2015 21:10
Rəşad Sadıqov: Məqsədimiz odur ki, futbolçularda özünə inam qayıtsın

Malta. Ta Qali. 5 sentyabr. REPORT.AZ/ "Bizi ciddi sınaq gözləyir. Başa düşürük ki, asan oyun olmayacaq". "Report"un Maltaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.

AVRO-2016-nın seçmə qrup mərhələsində səfərdə Malta ilə qarşılaşma haqda danışan müdafiəçi oyunöncəsi konfransda bunları bildirib: "Malta yaxşı təsir bağışlayır və Norveçlə oyun istisna olmaqla asan məğlub olmurlar. Meydançada yaxşı mübarizə aparırlar və asan təslim olmurlar. Komandada təhlükəli hücum xətti var və dərk edirik ki, bizi çətin oyun gözləyir".

"Şansımız çox çətinə düşdü. Biz qrupdan çıxmaq şansımızı Bakıda Norveçə məğlub olduqdan sonra itirdik. Bundan sonra əsas məqsədimiz odur ki, futbolçularda özünə inam qayıtsın, oyundan öncə məğlub olmasın. Məşqçilərin də işi budur. Qrup şansımız az olsa da, biz sabahkı oyunda qələbəyə köklənmişik. Mən Norveçlə Bolqarıstan oyununa baxırdım ki, bəlkə şansımız ola. Amma 3 turdan sonra 9 xallıq fərqi aradan götürmək qeyri-mümkün idi" - deyə, R.Sadıqov milli komandanın növbəti mərhələyə yüksəlmə şansını dəyərləndirib.

Qeyd edək ki, Malta - Azərbaycan matçı sabah Bakı vaxtilə saat 21:00-da başlayacaq

Son xəbərlər

Orphus sistemi