Rəşad Sadıqov: "Mənim üçün nəticə ikinci planda idi"

Rəşad Sadıqov: "Mənim üçün nəticə ikinci planda idi" "Penalti epizoduna detallı şərh verə bilmərəm"
Futbol
4 İyun , 2018 15:46
Rəşad Sadıqov: Mənim üçün nəticə ikinci planda idi
0 : 00
0 : 00

Bakı. 4 iyun. REPORT.AZ/ “Oyunun maraqlı keçdiyini düşünürəm. Biz yaradıcı futbol izlədik. Hər iki komanda topa nəzarət etməyə çalışırdı. Nəticə yaxşıdır. Bizim çoxlu sayda gənc oyunçumuz vardı. Qazaxıstan yığması ilə tapşırıqlarımız fərqlidir: onlar qrupda 2-ci yer uğrunda mübarizə aparırlar, biz isə komandanı yeniləyirik”.

“Report” sports.kz saytına istinadən xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov Astanada Qazaxıstan yığması ilə yoldaşlıq matçında qeydə alınan 1:1 hesablı heç-heçəni şərh edərkən deyib.

O, görüşün 80-ci dəqiqəsində Azərbaycan millisinin qapısına təyin olunan və hesabın bərabərləşməsi ilə nəticələnən penalti qərarına da münasibət bildirib: “Detallı şəkildə şərh verə bilmərəm. Biz görmək istədiyimizi meydanda edə bildik. Oyundan razıyam. Mənim üçün nəticə ikinci planda idi. Qazaxıstanın yaxşı komandası var. Sizə azarkeşlik edəcəyik. Qazaxıstanda futbolun inkişafı xoş təəssürat oyadır. “Astana”nın uğurları bunu sübut edir. Doğru yolda olduğunuzu düşünürəm".

Sadıqov “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun “Astana”nın sükanı arxasına gətirilməsi ilə bağlı sualı da cavablandırıb. O deyib ki, ukraynalı mütəxəssis maraqlı insan və yaxşı mütəxəssisdir: "Qriqorçukla birinci yer uğrunda mübarizə aparmaq maraqlı idi. Ona uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstanın əsas yığmaları arasında da yoldaşlıq matçı olacaq. İyunun 5-də “Astana Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. 

Son xəbərlər

Orphus sistemi