Rəşad Sadıqov: "Mənim üçün çox üzücü oldu, çünki səhvə yol verdim"

Rəşad Sadıqov: "Mənim üçün çox üzücü oldu, çünki səhvə yol verdim" Bakı. 8 avqust. REPORT.AZ/ “Yeganə səhv buraxdıq, rəqib də bundan istifadə etdi. Mənim üçün çox üzücü oldu, çünki səhvə yol verdim. Qarşıdakı oyuna hazırlaşacağıq”.
Futbol
8 Avqust , 2018 00:14
Rəşad Sadıqov: Mənim üçün çox üzücü oldu, çünki səhvə yol verdim

Bakı. 8 avqust. REPORT.AZ/ “Yeganə səhv buraxdıq, rəqib də bundan istifadə etdi. Mənim üçün çox üzücü oldu, çünki səhvə yol verdim. Qarşıdakı oyuna hazırlaşacağıq”.

"Report" xəbər verir ki, bunu “Qarabağ”ın kapitanı Rəşad Sadıqov evdə Belarus BATE-sinə 0:1 hesabı ilə uduzduqları Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib. 36 yaşlı müdafiəçi qol epizodunda səhvə yol verdiyi epizodu şərh edib: “Ötürməni Qara Qarayevə etdim, amma hücumçu ayağını qoydu və digər oyuunçuya düşdü”.

Sadıqov hücumlarda son nöqtəni qoya bilmədiklərini də vurğulayıb: “İlk 15-20 dəqiqədə oyunumuz alınmadı. Hər iki komanda səhv buraxmaq istəmirdi. Amma hesabda geri düşdükdən sonra hücuma atıldıq. İkinci hissəni çox yaxşı keçirdik. Bəzi epizodlarda rəqib qapıçı yaxşı oynadı. Amma son nöqtəni qoya bilmirdik”.

İlk görüşdən sonra üstünlüyün rəqibdə olduğunu deyən təcrübəli oyunçu cavab görüşündə qalib gəlməyə çalışacaqlarını vurğulayıb: "Rəqib öz meydanında oynayacaq. Səfər matçında daha üstün və aqressiv olmalıyıq. Bakıdakı oyun Borisovda kifayət etməyə bilər”.

Qeyd edək ki, cavab görüşü avqustun 14-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi