Rəşad Sadıqov "Mançester Siti" klubunun düşərgəsində təcrübə keçib

Rəşad Sadıqov "Mançester Siti" klubunun düşərgəsində təcrübə keçib O, "Mançester Siti" - "Tottenhem" oyununu da izləyib
Futbol
18 Dekabr , 2017 17:44
Rəşad Sadıqov Mançester Siti klubunun düşərgəsində təcrübə keçib

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində İngiltərənin "Mançestir Siti" klubunun düşərgəsində iki günlük təcrübə keçib.

“Report” xəbər verir ki, “Qarabağ”ın kapitanı bu müddət ərzində “şəhərlilər”in strukturu ilə tanış olmaqla yanaşı, komandanın İngiltərə Premyer Liqasının XVIII turunda "Tottenhem"ə qarşı matçını və məşqini canlı izləyib.

Qeyd edək ki, məşqi izləyənlər arasında Dortmund "Borussiya”sının sabiq baş məşqçisi Tomas Tuxel və Braziliya milli komandasının qapıçılar üzrə məşqçisi Klaudio Taffarel də olub. Sadıqov "Mançester Siti"dən əvvəl İtaliyanın "Roma" klubunun düşərgəsində təcrübə keçib.

Son xəbərlər

Orphus sistemi