Yuxarı

Rəşad Sadıqov: "Maltada yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik"

Xorvatiya ilə heç-heçəni bayram etməyə vaxt olmadı

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Bizi səfərdə çətin oyun gözləyir". Bunu "Report"a açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib. 

O, millinin sentyabrın 6-da AVRO-2016-nın seçmə qrup matçında üz-üzə gələcəyi Malta millisinin əvvəlki illərdə olduğu kimi oynamadığını bildirib: "Rəqib daha aqressiv, özünə inamlı çıxış edir. Baş məşqçiləri Pietro Gedin italiyalıdır. Çox yaxşı müdafiə olunur, pressinq tətbiq edirlər. Ola bilər, qrupda az xal yığıblar. Amma diqqət yetirsək, İtaliyaya həm evdə, həm də səfərdə minimal hesabla uduzublar. Bolqarıstanla matçda da 0:1 hesabı ilə məğlub olublar. Bakıda bizim özümüzə ilk yarıdan sonra çox ağır anlar yaşatdılar". 

Təcrübəli müdafiəçinin fikrincə, millii və klub səviyyəsində asan beynəlxalq oyun olmur: "Uda da bilərsən, uduza da... Düzdür, dünən Xorvatiya ilə qarşılaşmada yaxşı nəticə əldə etdik. Amma bayram etməyə vaxt olmadı. Çünki bizi çox ağır sınağın gözlədiyini komanda şəklində dərk edirik. Bizdən tələbləri də, gözləntiləri də başa düşürük. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə alınsın". 

Qeyd edək ki, Ta Qali Milli Stadionunda keçiriləcək Malta - Azərbaycan matçı saat 21:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi