Rəşad Sadiqov: "İtaliyadan xal almaq üçün əlimizdən gələni edəcəyik"

Rəşad Sadiqov: "İtaliyadan xal almaq üçün əlimizdən gələni edəcəyik" O, yığmanın rəqibindən asılı olmayaraq hər oyuna qələbə üçün çıxdığını bildirib
Futbol
7 Sentyabr , 2015 03:09
Rəşad Sadiqov: İtaliyadan xal almaq üçün əlimizdən gələni edəcəyik

Bakı. 7 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisi və "Qəbələ" futbol klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov Avro-2016-nın təsnifat mərhələsi çərçivəsində Malta ilə baş tutan oyuna münasibət bildirib.

"Report" xəbər verir ki, matçın maraqlı keçdiyini, lakin təəssüf ki, qələbə qazana bilmədiklərini bildirib:

"Oyun doğurdan da maraqlı keçdi və 2:2 hesabı ilə bitdi. 4 qol oldu, amma buna baxmayaraq qələbə olmadı. Komanda yaxşı oynadı, bütün 90 dəqiqə ərzində hücum etdi. Rəqibi öz meydanına sıxışdırdı. Oyun bizə görə yaxşı başladı. 1:0 irəlidəydik. Lakin səhv nəticəsində 2 top buraxdıq, hesabda geri düşdük. Sonra komanda yenidən toparlandı və yenidən qol vurdu. Qələbə də qaza bilərdik, alınmadı".

Millinin 4 oyundur məğlub olmadığını qeyd edən futbolçu, hazırda komandada özünə inamın olduğunu və yığmanın rəqibindən aslı olmayaraq hər oyuna qələbə üçün çıxdığını bildirib.

"İtaliyadan da xal almaq üçün əlimizdən gələni edəcəyik", -  R.Sadiqov söyləyib.

Futbolçu Xorvatiya və Maltaya qarşı keçirilən hər iki oyunda meydana əvəzetmədən daxil olmasına da fikir bildirib:

"Bu məşqçinin fikri idi. Heyəti necə istəyirsə, elə də qurur. Sağ olsun ki, məni meydana buraxır və mən də etimadı doğrulduram. Əsas heyətə düşmək üçün əlimdən gələni edəcəyəm".

Futbolçu, həmçinin "Qəbələ"nin Avroliqada düşdüyü qrupdakı rəqibləri də qiymətləndirib:

"Qrupda şanslar oyunlar getdikcə bilinəcək. Avropada zəif rəqib olmur. Rəqiblərimiz çox güclüdür, "Qəbələ" də zəif deyil. Çalışacağıq ki, qrupdan çıxan komandalardan biri biz olaq".

Son xəbərlər

Orphus sistemi