Yuxarı

Dadaşovun komandası həkimlərə dəstək oldu

Renat Dadaşovun komandası 4 min tibbi maska bağışladı

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərə “Vulverhempton”u koronavirusla mübarizəyə dəstək olub.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, səhiyyə işçilərinə 4 min tibbi maska bağışlanıb.

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. 21 yaşlı hücumçu mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pakuş de Fereyra” klubunda keçirib. Dadaşov hələ ki, İngiltərə təmsilçisinin əsas komandasında debüt etməyib. Onun yenidən icarəyə verilməsi gündəmdədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi