Renat Dadaşov: "Eştoril"ə keçidim karyeramda yeni addım və çağırışdır”

Renat Dadaşov: "Eştoril"ə keçidim karyeramda yeni addım və çağırışdır” Bakı. 12 iyun. REPORT.AZ/ “Qürurla bəyan edirəm ki, növbəti mövsümdə “Eştoril”də çıxış edəcəyəm. Bu, karyeramda yeni addım və çağırışdır”.
Futbol
12 İyun , 2018 20:33
Renat Dadaşov: Eştorilə keçidim karyeramda yeni addım və çağırışdır”

Bakı. 12 iyun. REPORT.AZ/ “Qürurla bəyan edirəm ki, növbəti mövsümdə “Eştoril”də çıxış edəcəyəm. Bu, karyeramda yeni addım və çağırışdır”.

“Report”un məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov Portuqaliyanın "Eştoril" klubuna keçidini şərh edərkən deyib.

Almaniya və Azərbaycan vətəndaşlığına malik 19 yaşlı hücumçu sabiq klubu, yetirməsi olduğu “Ayntraxt”a da təşəkkür edib.

Qeyd edək ki, 2017/2018 mövsümündə "Eştoril" Portuqaliya çempionatında 34 oyundan 30 xalla sonuncu yeri tutaraq aşağı liqaya enib. Bununla əlaqədar komandada baş məşqçi dəyişikliyi olub. Ötən gündən komanda 32 yaşlı Luiş Freyreyə tapşırılıb.

Dadaşov Azərbaycanın əsas millisi ilə yanaşı, 21 və 20 yaşadək futbolçulardan ibarət yığmalarına da dəvət alır. 

Son xəbərlər

Orphus sistemi