Rəmiş Malıyev: “Keşlə”yə avrokubok üçün lisenziya verilmə ehtimalı daha çoxdur"

Rəmiş Malıyev: “Keşlə”yə avrokubok üçün lisenziya verilmə ehtimalı daha çoxdur" "UEFA ilkin olaraq, müsbət rəy bildirib”
Futbol
14 May , 2018 12:56
Rəmiş Malıyev: “Keşlə”yə avrokubok üçün lisenziya verilmə ehtimalı daha çoxdur
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ “Keşlə”yə avrokubok üçün lisenziyanın verilmə ehtimalı verilməməsindən daha çoxdur”.

Bunu “Report”a açıqlamasında “Keşlə” klubunun baş direktoru Rəmiş Malıyev deyib. O, hesab edir ki, paytaxt təmsilçi cari mövsümün gedişində adını dəyişdiyi üçün avrokubokdan kənarda qalmayacaq: “Keşlə” “İnter”in qanuni varisidir. Sadəcə, klubun adı və təsisçisi dəyişib. Hesab edirik ki, UEFA-nın qərarı müsbət olacaq. Qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir. Klub mövsümün gedişində adını dəyişdiyi üçün AFFA-nın vasitəsilə UEFA-ya müraciət etmişik. Qitə futbol qurumu da ilkin olaraq, müsbət rəy bildirib”.

Malıyevin sözlərinə görə, Azərbaycan Beynəlxaq Bankının himayəsində olan zaman klubun üzləşdiyi problemlər və ad dəyişikliyindən sonra strukturdakı yenilənmələrlə əlaqədar AFFA və UEFA sənədləri daha ciddi araşdırır: “Tələb olunan bütün sənədləri təqdim etmişik. Burada təkcə “İnter”lə bağlı problemlər deyil, digər məsələlər də var. Klubda yeni struktur formalaşıb. Əvvələr klubun təsisçisi “KredAgro” təşkilatı olub, sonra Azərbaycan Sənaye Korporasiyası adlı struktur yaranıb. O qədər də sadə məsələ olmasa da, başlanğıc üçün müsbət rəy almışıq. Klubun idman məsələləri, o cümlədən, borc problemi yoxdur. “Keşlə” klubu olaraq, varislik məsələsini həyata keçirmişik. Köhnədən qalan problemlər futboldan kənar olub. Bu barədə mətbuatda da kifayət qədər məlumatlar gedib. “Keşlə” “İnter”in tamhüquqlu varisidir. 2004-cü ilə qədər klub “Xəzər Universiteti” adlanıb, sonra “İnter”ə çevrilib. Bundan sonra klubun “Keşlə” kimi avrokubokda iştirakı üçün problem olmamalıdır”.

Qeyd edək ki, mayın 12-də AFFA-nın Lisenziya Komissiyasının iclasında “Keşlə”yə avrokubokda iştirak üçün lisenziyanı verilməyib. Milli assosiasiya “3 illik üzvlük qaydası”na görə “Keşlə”yə istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. Hazırda qitə futbol qurumu təqdim olunmuş sənədlərin araşdırılması ilə məşğuldur və yaxın zamanda rəsmi cavabı AFFA-ya ünvanlayacaq.

Mayın 28-də Azərbaycan Kubokunun finalında “Qəbələ” ilə qarşılaşacaq “Keşlə”yə lisenziyanın verilib-verilməməsi ilə bağlı qərar yaxın günlərdə qəbul olunacaq. Yuri Maksimovun rəhbərlik etdiyi kollektiv həlledici matçda qalib gələcəyi təqdirdə Avropa Liqasına vəsiqə qazanacaq. Paytaxt klubu müvafiq lisenziyanı ala bilməsə, avrokubokda Azərbaycan Premyer Liqasında 4-cü yeri tutacaq kollektiv iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi