Yuxarı
    Bağlamaq

    Referendumla əlaqədar sentyabrın 26-da Azərbaycanda futbol matçı keçirilməyəcək

    Premyer Liqada növbəti turun proqramı açıqlanıb

    Bakı. 20 sentyabr.REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, tura sentyabrın 24-də AZAL və "İnter" arasında keçiriləcək paytaxt derbisi ilə start veriləcək. 

    Ertəsi gün Gəncədə "Kəpəz"lə "Qarabağ", Bakıda isə "Zirə" ilə "Qəbələ" komandaları üz-üzə gələcək. 

    Sentyabrın 26-da Azərbaycanda Ümumxalq referendumu günü olduğundan, heç bir oyunun keçirilməməsi qərara alınıb. Turun son qarşılaşması - "Neftçi" - "Sumqayıt" görüşü isə sentyabrın 27-də olacaq. 

    Bütün oyunlar CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.


    24 sentyabr (şənbə)

    16:00. AZAL – “İnter”
    Şüvəlan qəsəbəsi, “AZAL Arena”

    25 sentyabr (bazar)

    15:30. “Kəpəz” – “Qarabağ”
    Gəncə şəhər stadionu

    18:00. “Zirə” – “Qəbələ”
    Zirə İdman Kompleksinin stadionu

    27 sentyabr (çərşənbə axşamı)

    19:00. “Neftçi” – “Sumqayıt”
    Masazır qəsəbəsi, “Əlincə Arena”

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi