Bakı. 20 sentyabr.REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, tura sentyabrın 24-də AZAL və "İnter" arasında keçiriləcək paytaxt derbisi ilə start veriləcək.
Ertəsi gün Gəncədə "Kəpəz"lə "Qarabağ", Bakıda isə "Zirə" ilə "Qəbələ" komandaları üz-üzə gələcək.
Sentyabrın 26-da Azərbaycanda Ümumxalq referendumu günü olduğundan, heç bir oyunun keçirilməməsi qərara alınıb. Turun son qarşılaşması - "Neftçi" - "Sumqayıt" görüşü isə sentyabrın 27-də olacaq.
Bütün oyunlar CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.
24 sentyabr (şənbə)
16:00. AZAL – “İnter”
Şüvəlan qəsəbəsi, “AZAL Arena”
25 sentyabr (bazar)
15:30. “Kəpəz” – “Qarabağ”
Gəncə şəhər stadionu
18:00. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu
27 sentyabr (çərşənbə axşamı)
19:00. “Neftçi” – “Sumqayıt”
Masazır qəsəbəsi, “Əlincə Arena”