Yuxarı
    Bağlamaq

    "Real" yeni baş məşqçisini təqdim edib

    Lopeteqi ilə 3 illik müqavilə imzalanıb

    Bakı. 15 iyun. REPORT.AZ/ İyunun 14-də Xulen Lopeteqinin İspaniyanın "Real" klubunun baş məşqçisi qismində təqdimat mərasimi keçirilib.

    “Report” xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

    Bildirilir ki, 51 yaşlı mütəxəssis ilə 3 illik müqavilə imzalanıb.

    Bundan əvvəl kluba Zinəddin Zidan rəhbərlik edib. O, mayın sonunda vəzifəsindən gedib.

    Lopeteqi, öz növbəsində İspaniya yığma komandasının baş məşqçisi postunu tutub. O, komanda ilə DÇ-2018-də çıxış etməyə hazırlaşdığı bir vaxtda, İspaniya Futbol Federasiyası rəhbərliyi mütəxəssisin onları "Real" ilə danışıqlar aparması barədə xəbərdar etmədiyinə görə, mundial öncəsi onu tutduğu vəzifədən istefaya göndərib.

    Lopeteqinin yerini İspaniya millisinin keçmiş futbolçusu Fernando Yerro tutub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi