"Real Madrid" Ronaldunun satış şərtlərini açıqlayıb

"Real Madrid" Ronaldunun satış şərtlərini açıqlayıb Klub prezidenti portuqaliyalı hücumçunun ağır məğlubiyyətdən sonra ad gününü təmtəraqla qeyd etməsindən narazı qalıb
Futbol
13 Fevral , 2015 10:10
Real Madrid Ronaldunun satış şərtlərini açıqlayıb

Bakı. 13 fevral. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu sərfəli təklif gələcəyi halda, portuqaliyalı futbolçusu Kriştianu Ronaldunu satmağa razılaşacaq. "Report"un "El Confidencial"a istinadən verdiyi məlumata görə, "kral klubu" "Atletiko"ya 0:4 hesablı məğlubiyyətdən bir neçə saat sonra Ronaldunun 30 yaşını təmtəraqla qeyd etməsindən narazı qalıb.

Klubun, prezidenti Florentino Peresin də istəyilə, transfer təkliflərini qəbul etməyə hazır olduğu açıqlanıb. Peres Ronaldunun mümkün gedişindən pul qazanmaq niyyətini gizlətməyib. Hücumçunun 2009-cu ildə İngiltərə "Mançester Yunayted"indən keçidi "Real Madrid"ə 80 milyon avroya başa gəlib. İndi keçmiş klubu portuqaliyalı ulduzun qayıdışında maraqlıdır.

Qeyd edək ki, Kriştianu Ronaldunun hazırkı müqaviləsi 2018-ci ilin yayında başa çatır. Ronaldu 2009-cu ildən çıxış etdiyi "Real Madrid"in heyətində İspaniya çempionluğu, Çempionlar Liqası, İspaniya və UEFA Superkuboku, 2 dəfə İspaniya kuboku, eləcə də klublararası dünya çempionluğunu qazanıb. O, həm də karyerası ərzində 3 dəfə "Qızıl top"a sahib olub.

Son xəbərlər

Orphus sistemi