"Real Madrid" Modriçlə müqavilənin uzadılması barədə razılığa gəlib

"Real Madrid" Modriçlə müqavilənin uzadılması barədə razılığa gəlib Bakı. 22 fevral. REPORT.AZ/ İspaniyanın Real Madrid klubu futbolçusu Luka Modriçlə müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.
Futbol
22 Fevral , 2019 12:20
Real Madrid Modriçlə müqavilənin uzadılması barədə razılığa gəlib

Bakı. 22 fevral. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu futbolçusu Luka Modriçlə müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə 2021-ci ilə qədər nəzərdə tutulacaq.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının kapitanının karyerasını Madrid klubunda başa vuracağı ehtimal olunur.

Qeyd edək ki. Luka Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edir. Komandanın heyətində 290 oyun keçirən ulduz futbolçu 4 dəfə Çempionlar Liqasının qalibi olub. "Qızıl top"un son sahibi həm də 2018-ci il dünya çempionatında ən yaxşı futbolçusu adına layiq görülüb. Onun hazırkı müqaviləsi 2020-ci ilin yayında başa çatır. 

Son xəbərlər

Orphus sistemi