"Real Madrid" yeni rekorda imza atıb

"Real Madrid" yeni rekorda imza atıb İspaniya komandası ardıcıl 70 matçda qol vurub
Futbol
28 Avqust , 2017 09:39
Real Madrid yeni rekorda imza atıb

Bakı. 28 avqust. REPORT.AZ/ İspaniya "Real Madrid"i Avropanın top-5 futbol çempionatları arasında ardıcıl 70 matçda qol vuran ilk komanda olub.

"Report"un məlumatına görə, "kral klubu"nu rekorda yarımmüdafiəçi Marko Asensio qovuşdurub. O, "Valensiya" ilə La Liqa qarşılaşmasının 10-cu dəqiqəsində fərqlənib. Görüş 2:2 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, "Real Madrid" sonuncu dəfə 26 aprel 2016-cı ildə İngiltərənin "Mançester Siti" komandası ilə Çempionlar Liqasının yarımfinal oyununda meydanı qolsuz tərk edib. Həmin görüş qolsuz yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi